Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində açıq ərazi yanıb. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma nəticəsində ümumilikdə 800 kv.m sahədə kol-kos və qamışlıq ərazi yanıb. Yaxınlıqdakı tikililər və yaşayış evlərinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.