Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 7 yanvar tarixində Report məlumat verib.
31 yaşlı Səmayə Həziyeva yolu keçərkən onu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.