Bakının Sabunçu rayonunda avtobus sərnişini bədbəxt hadisə nəticəsində vəfat edib. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Sarvan Məhərrəmovun idarə etdiyi “Daewoo” markalı avtobusda 60 yaşlı Tamella Cəfərova nəqliyyat vasitəsinin ön giriş qapısından yıxılaraq, təkərin altına düşüb.
O, hadisə yerində keçinib. Hazırda araşdırma aparılır.