Sabunçu rayonu, Zabrat qəsəbəsində baş vermiş qəzanın təfərrüatları açıqlanıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə ötən gün günorta saatlarında şəhər şosesində baş verib. “VAZ-2107” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çarpılıb. Nəticədə minik maşınında olan sərnişin – 55 yaşlı qadın yerində dünyasını dəyişib, daha 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.