Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş Emil Səfərəliyev evlərin birindən 3000 AZN dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.