Sabunçu rayonunda gənc oğlanı avtomobil vurub. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Zabrat qəsəbəsində baş verib. “BMW” markalı nəqliyyat vasitəsi 23 yaşlı Haqverdi Novruzovu vurub. Nəticədə piyada ağır xəsarətlərlə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.