Ötən gün gecə saatlarında Bakının Zabrat qəsəbəsində marketlərin birindən oğurluq cəhdi baş verib. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Təhlükəsizlik sistemi ilə təchiz olunan obyektdən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Ünvana dərhal polis əməkdaşları gəliblər. Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Onun həmin mağazada işləyən 30 yaşlı N.Teymurlu olduğu məlum olub.
Teymurlu Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil verilib. Araşdırma davam edir.