Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində dekabrın 24-ü səhər saatlarında baş vermiş yol qəzası piyadanın ölümü ilə nəticələnib. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Abşeron rayon sakini H.Baxşəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən qəsəbə sakini M.Hümbətovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.