Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində APA məlumat verib.
26 yaşlı Məmmədkərim Cəlilov şirkətlərdən birinə məxsus “Daewoo” markalı avtomobili idarə edərkən yolu keçən 41 yaşlı Samirə Şəfiyevanı vurub. Qadın aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.