Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Taksi sürücüsü kimi fəaliyyət göstərən 39 yaşlı Yədulla Əmirov çayxanada tanışı ilə mübahisə edən zaman bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.