Səbail rayonunda şəxsi həyət yanıb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az xəbər verir.
Hadisə rayonun Badamdar qəsəbəsi, 2-ci massiv, Şərq küçəsində baş verib. Həyətin sahibləri əraziyə yığılan zibilləri yandıraraq oradan gediblər. Güclü külək səbəbindən alovun böyüyərək ətrafa yayılma təhlükəsi yaranıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın genişlənmədən söndürülüb. Ətraf infrastruktura ziyan dəyməyib.
[caption id="attachment_108487" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]