Paytaxtın Xəzər rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
36 yaşlı Dadaş Babayev Zirə-Pirallahı yolunda avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada hər 2 ayağının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.