Bakının Xəzər rayonunda yeniyetməni avtomobil vurub. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Zirə qəsəbəsində qeydə alınıb. 11 yaşlı Yusif Yolçuyev avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.