Paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində bağ evindən meyit tapılıb. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə yerləşən bağ evində bağban kimi işləyən Türkan qəsəbə sakini, 38 yaşlı Vüsal Nəcəfovun meyiti hamam otağında aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.