Bakının Xəzər rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Zirə-Türkan yolunda "KamAZ"la motosiklet toqquşub. 31 yaşlı Ülvi Vəliyevin idarə etdiyi "KamAZ" markalı avtomobil 17 yaşlı Elnur Cəbrayılovun idarə etdiyi motosikletlə toqquşub.
Hadisə nəticəsində Cabrayılov xəstəxanada dünyasını dəyişib, motosikletdə olan sərnişin, 14 yaşlı Kənan Əliyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.