Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə “Çermet” körpüsünün üzərində qeydə alınıb. Nəticədə metronun “20 Yanvar” stansiyası istiqamətində tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.