Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
“Toyota Prius” markalı avtomobil yük maşını ilə toqquşub. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.