Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş vermiş qəza ölümlə nəticələnib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
28 yaşlı Qasım Rzazadənin idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman 24 yaşlı Nuhid Qasımovun sürücüsü olduğu “Toyota” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə Q.Rzazadə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işinə başlanılıb.