Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Kia” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və “Hyundai” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə hər 2 avtomobilin sərnişinləri xəsarət alıblar.
Faktla bağlı araşdırmalar davam edir.