Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yük avtomobili qəzaya düşüb. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ziya Nağıyev sükan arxasında olduğu “Prius” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və “JAC” markalı yük maşınına çarpılıb. Nəticədə “Prius”un sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_83930" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]