Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Ziya Bünyadov prospektində baş verib. “AzSamand” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarındakı işıq dirəyinə çarpılıb. Nəticədə 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_104047" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]