Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
41 yaşlı Sevil Eyvazova prospektin piyadalar üçün nəzərdə tutulmamış hissəsindən yolu keçərkən onu minik avtomobili vurub. Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.