Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində daha bir qəza baş verib. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Apa-ya istinadən məlumat verir.
“Toyota” markalı avtomobili idarə edən sürücü əvvəlcə nəqliyyat vasitəsini “Ford” markalı yük maşınına vurub. “Ford” isə “Renault”ya, iki “Mercedes”ə və “Honda”ya çarpılıb.
Qəza nəticəsində avtomaşınlara ciddi zərər dəyib. Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.
[caption id="attachment_81402" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]