Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişmələrində sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Ərazidə 2 avtomobildə baş vermiş texniki nasazlıq səbəbindən hərəkətdə çətinlik yaranıb. Hazırda bu avtomobillərin yolda qalması səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaşanır.