Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Ziya Bünyadov prospektində baş verib. “Azsamand” markalı minik avtomobili hərəkətdə olan zaman maşının çarxı qırılıb. Bu səbəbdən nəqliyyat vasitəsi idarəetmədən çıxıb və yol kənarındakı betona çarpılıb. Daha sonra o, qarşı zolağa keçərək aşıb. Nəticədə 1 nəfər ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Ərazidə sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.