Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində “BakuBus” MMC-yə məxsus avtobusun iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 16 dekabr tarixində APA məlumat verib.
“Saipa” markalı avtomobilin sürücüsü idarəetməni itirərək eyni istiqamətdə depoya gedən avtobusa, daha sonra beton yol ayırıcısına çarpılıb. Hadisə zamanı sərnişin xəsarət alıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır, avtoekspertiza təyin edilib.
[caption id="attachment_83604" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]