Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində xəsarətlə nəticələnən yol qəzası olub. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Eyni istiqamətdə hərəkətdə olan “Toyota” və “Kia” markalı minik avtomobillərinin toqquşamsı nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, avtomobillər cərimə meydançasına aparılıb. Fakt araşdırılır.
[caption id="attachment_123760" align="alignnone" width="640"]
Foto APA[/caption]