22 nömrəli uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqənin ikincisi olub. Bu haqda 6 iyul tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin piano ixtisası üzrə 5-ci sinif şagirdi Zəhra Aslanlı Fransanın paytaxtı Parisdə onlayn formatda keçirilən “Nouvelles Etoiles” Beynəlxalq müsabiqəsində uğurla çıxış edib. Məktəbli 10-12 yaş kateqoriyasında 100 baldan 80 bal toplayaraq II yeri tutub.
Zəhra Aslanlının müəllimi Gülnar Mirzəyeva isə “Təşəkkürnamə” ilə təltif edilib.