Bakıda “Avropa qəsrləri” adlı sərgi açılıb. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“FantazEU 2023” festivalı çərçivəsində təşkil olunan sərgidə İtaliya, Litva, Latviya, Estoniya, Belçika, Slovakiya, Fransa və digər Avropa ölkələrində yerləşən qədim qəsrlərin fotoşəkilləri təqdim olunur.
Açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Aİ ölkələrinin səfirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir 19 dekabr tarixinə qədər davam edəcək.
[caption id="attachment_123013" align="alignnone" width="640"]
Foto Report.az[/caption]