Bakıda “Müharibə dumanı” adlı sərgi açılıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 14 oktyabr tarixində xəbər verir.
Bakı Höte-Mərkəzi tərəfindən təşkil olunan tədbir Avropa İttifaqı Nümayəndəliyi ilə birgə maliyyələşdirilməsi sayəsində, “Kapellhaus”un dəstəyi və “Platformart”ın koordinasiyası ilə hazırlanıb.
Layihə Azərbaycan, Ukrayna, Qazaxıstan, Norveç, Nigeriya, Almaniyadan olan rəssamları bir araya gətirir.
Onların əsərləri müharibəni bütövlükdə qiymətləndirməyə imkan verir.
Sərgidə nigeriyalı rəssam Karo Akpokiere, Azərbaycandan Orxan Hüseynov, Norveçdən Verena İssel və başqalarının rəsmləri nümayiş etdirilir.
[caption id="attachment_74590" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]