Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Nəsimi” baleti nümayiş olunacaq. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az mədəniyyət evinə istinadən xəbər verir.
Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edən bir pərdəli baletdə əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, eləcə də aparıcı solistlər İslam Məmmədov, Dinara Şirinova, Edvard Arazov ifa edəcəklər.
Tamaşanın dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynovadır.
Tədbir 23 fevral saat 19:00-da baş tutacaq. Biletləri teatrın kassalarından və ya iticket.az saytından almaq mümkündür. Qiymətlər 11-16 AZN arası dəyişir.