Bakıda Hindistan ticarət sərgisi açılıb. Bu haqda BakuPlus.az Hindistanın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinə istinadən bu gün, 2 sentyabr tarixində xəbər verir.
Açılış mərasimində Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar çıxış edib.
Diplomat bildirib ki, sərgi həm də Hindistanın müstəqilliyinin 75-ci ildönümü ilə əlaqədar təşkil olunan tədbirlər çərçivəsində keçirilir.
Hindistan İxrac Təşkilatları Federasiyası və Hindistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçiriləcək sərgi sentyabrın 12-dək (11:00-19:00-dək) davam edəcək.
[URIS id=67872]