Bakıda əlilliyi olan şəxslər tərəfindən adaptiv geyim kolleksiyasının təqdimatı keçirilib. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 14 iyul tarixində xəbər verir.
Ötən gün “Kekalove Adaptive” startapının təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin dəstəyi ilə keçirilən tədbir “JW Marriott Absheron” hotelində baş tutub.
Kolleksiyanın müəllifi Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.
Açılış mərasimində “Kekalove Adaptive”-in təsisçisi və icraçı direktoru Məhəmməd Kekalov, Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin rəsmisi Zahir Əhmədov da iştirak ediblər.
Modellərdən Fatimə Əkbər və Zərifə Babayeva ilə Azərbaycan İnklüziv Rəqs Şirkətinin inklüziv rəqs performansı nümayiş olunub.
Əlilliyi olan modellərin iştirakı ilə bu dəfə 40 geyim dəsti nümayiş edilib.
Dəb şousu artıq üçüncü dəfədir təşkil olunur.
[URIS id=52492]