Bakıda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Qırmızı papaq və Redmuzi” adlı musiqili tamaşa nümayiş olunub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 1 iyun tarixində xəbər verir.
Məşhur “Qırmızı papaq” nağılının motivləri əsasında hazırlanan tamaşanın librettosunun müəllifi və quruluşçu rejissoru Zəhra Quliyevadır.
Layihə Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə məhsuludur.
Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi) və Əzizə Həsənzadə (Qırmızı papaq) olublar.
Akademik Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşüblər.