Paytaxtda “Uşaqlıq duyğularımın rəngləri” adlı sərginin açılış mərasimi baş tutacaq. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Sərgidə müxtəlif yaşlarda müəlliflər iştirak edirlər. Onlardan bəziləri uşaqlıq dövrləri ilə bağlı, eləcə də uşaqlıqda çəkdikləri rəsmləri təqdim edəcəklər.
Tədbirdə 68 rəsm əsəri sərgilənəcək. Onları linkə keçib görmək mümkündür.
Şou-sərgi noyabrın 3-də saat 16:00-da Xatai Sənət Mərkəzində olacaq.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək.