Paytaxtda oktyabrın 29-da "Nağıl saatı" adlı tədbir baş tutacaq. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Libraff.az-a istinadən xəbər verir.
Şəbəkənin “Fəvvarələr” filialında keçiriləcək tədbirin qonağı bestseller müəllifi, uşaqların sevimli yazıçısı Reyhan Yusifqızı olacaq.
Reyhan Yusifqızı “Diribaş qızlar klubu”, “Qapı arxasında o” və bir çox kitabların müəllifidir.
“Nağıl saatı” 4 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Giriş sərbəstdir. İştirak etmək istəyənlər linkə keçid edərək rəydə “+” işarəsi yaza bilərlər.
Tədbir saat 12:00-da olacaq. Ünvan: Rəsul Rza küçəsi, 26A.