Beynəlxalq Muğam Mərkəzində violonçel ifaçısının konserti baş tutacaq. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Bakı Rus Evinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıxın “Solo” adlı konserti baş tutacaq. Proqramda klassik və estrada əsərləri, eləcə də rok improvizələri səslənəcək.
Tədbir 3 mart saat 19:30-da təşkil olunacaq. Biletləri iticket.az saytından almaq mümkündür. Qiymətlər 25-30 AZN arası dəyişir.