Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) filmi Asiyanın ən əhəmiyyətli film festivallarından biri olan “Busan” Beynəlxalq Film Festivalının "Asiya Kinosuna Pəncərə" bölümündə nümayiş ediləcək. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Festival 5-14 oktyabr tarixlərində Cənubi Koreyanın eyniadlı şəhərində keçiriləcək.
Daha öncə, cari ilin avqust ayında “Balıqlara xütbə” filmi Lokarno festivalının proqramına “Beynəlxalq müsabiqə” kateqoriyası üzrə təqdim olunub.