Beynəlxalq Muğam Mərkəzində 30 noyabr saat 19:00-da “Cadenza Contemporary Orchestra”nın konserti olacaq. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az məlumat verir.
"Yaddaş#3: Terra Memoria" adlı konsertin proqramı, əsasən, 20-ci əsrin sonları və 21-ci əsri təqdim edən Jerar Qrize, Brayan Fernihou, Klaus Huber və Kaiya Saariahonun musiqili əsərləri təqdim olunacaq.
Orkestrə rusiyalı Meri Çeminava dirijorluq edəcək. Konsertə giriş sərbəstdir.