top
Bu gün Əməkdar artist Şölə Səfərəliyevanın doğum günüdür
29 avqust 2022, 10:20
- ↺ +

Bu gün Əməkdar artist Şölə Səfərəliyevanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Əməkdar artist Şölə Səfərəliyeva 38 yaşını qeyd edir. Bu haqda Bakuplus.az məlumat verir.

Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 nömrəli Məktəb-LiseyKompleksində orta təhsilə başlayıb. O, 11 yaşında mərhum bəstəkar Rauf Babayevin rəhbərlik etdiyi "Bəri Bax" uşaq ansamblının solisti olub.

Səfərəliyeva 2003-cü ildə keçirilən ilk “Sing Your Song”, 2005-ci ildə keçirilən ikinci “Azəri Star” müsabiqələrində solo ifaçı kimi finala çıxıb və diplomlara layiq görülüb. Eyni zamanda 2010-cu il üçün keçirilən “Avroviziya” müsabiqəsinin final seçmə turlarında iştirak edib.

2015-ci ildə Qazaxıstanın Atırau şəhərində diasporamızın təşkilatçılığı ilə keçirilən 10 may - Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan  dövlət tədbirində solo konsertlə çıxış edib. 1992-ci ildən davam edən musiqi fəaliyyətində “Bəri bax”, “Qaya” dövlət ansambllarındakı çıxışları ilə yanaşı, solo yaradıcılığında da uğurları az deyil.

27 may 2018-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2018-ci ilin iyul ayında Gənclər və İdman Nazirliyinin təşkil etdiyi, MDB ölkələrinin gəncləri üçün keçirilən ilk yay düşərgəsində estrada vokal dərsində ustad dərsi keçib. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:55

Yemək bişirmədiyi üçün təzə evləndiyi arvadını döydü

Xəbər
Bu gün, 16:45

Bakıda həyat yoldaşını döyən kişi 1200 manat cərimələndi

Xəbər
Bu gün, 16:17

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Siyasət
Bu gün, 14:35

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Siyasət
Bu gün, 13:19

Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir

Siyasət
Bu gün, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Bu gün, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Oxşar xəbərlər