top
Bu gün populyar teatr və kino aktyoru Elçin Həmidovun doğum günüdür
29 iyun 2022, 03:00
- ↺ +

Bu gün populyar teatr və kino aktyoru Elçin Həmidovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün məşhur aktyor Elçin Həmidovun doğum günüdür. Sağ olsaydı, 64 yaşını qeyd edəcəkdi. Bu haqda 29 iyun tarixində Bakuplus.az məlumat verir.

Tanınmış aktyor Elçin Həmidov 29 iyun 1958-ci ildə Bakıda anadan olub. Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Bir müddət sonra Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edib. Əvvəllər kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışıb. Bir müddət sonra isə, yaxşı səsi olduğu üçün, teatrda xor artisti vəzifəsində çalışmağa başlayıb. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olub və 1981-ci ildə təhsilini başa vurub.

Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. O, gülərüz simaya, əla bədən quruluşuna malik idi, onun ifasında qadın və kişi rolları çox koloritli alınırdı. İstedadlı aktyor, həmçinin "Planet Parni iz Baku" ŞHK teatrının əsas simalarından biri idi.

Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəm, o qadın yazıq tənha qalacaq.

2011-ci il martın 4-də istedadlı aktyor qəflətən dünyasını dəyişib. Həmin vaxt teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi idi. Elçinin işə gəlmədiyini görən dostları onun evinə gediblər. Fövqəladə Hallar Nazirliyinin işçilərinin köməyi ilə qapı açılıb. Lakin həmin vaxt Elçin Həmidov artıq tək-tənha dünyasını dəyişmişdir. Aktyor martın 5-də Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:55

Yemək bişirmədiyi üçün təzə evləndiyi arvadını döydü

Xəbər
Bu gün, 16:45

Bakıda həyat yoldaşını döyən kişi 1200 manat cərimələndi

Xəbər
Bu gün, 16:17

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Siyasət
Bu gün, 14:35

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Siyasət
Bu gün, 13:19

Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir

Siyasət
Bu gün, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Bu gün, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Oxşar xəbərlər