Gələn il fevralın 11-də Mark Eliyahu Heydər Əliyev Sarayında konsert verəcək. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Konsertdə “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlər səslənəcək.
Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində anadan olub. Əfsanəvi kamança ustası Habil Əliyevin ifasından ruhlanan Eliyahu bu musiqi alətini dərindən öyrənməyə başlayıb. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığına yiyələnib.
Biletləri şəhərin kassalarından və onlyan əldə etmək olar.