Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru Rauf Canbaxış oğlu Abdullayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı bu gün, 28 oktyabr tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dirijor Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Rauf Abdullayev 1937-ci ildə anadan olmuşdur. 1984-cu ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru vəzifəsində çalışır. O, həmçinin Azərbaycan SSR Xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "İstiqlal" ordeni (2017), "Qızıl çinar" beynəlxalq mükafatı (2018) laureatıdır.