Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı noyabr ayı üçün repertuarı açıqlayıb. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Repertuarda olan tamaşalar həm uşaqlar, həm də böyüklər üçün olacaq. Proqrama əsasən, ay ərzində 17 tamaşa nümayiş olunacaq. Tamaşaların nümayişi ayın ilk günündən başlayacaq.
Açıqlanan tam proqram aşağıdakı kimidir:
- 1 noyabr – “İnanıram”;
- 2 noyabr – “Bir nəfəs Dədə Qorqud”;
- 3 noyabr – “Günəşə toxunan uşaq”;
- 4 noyabr – “Qulliver cırtdanlar ölkəsində”, “Yarımçıq qalmış”;
- 5 noyabr – “Şirinlər”, “Balaca kişilər”;
- 11 noyabr – “Buratinonun macəraları”, “Aydın”;
- 12 noyabr – “Sindbad”, “Ana”;
- 16 noyabr – “Mauqli”;
- 17 noyabr – “Çirkin ördək balası”;
- 18 noyabr – “Uzuncorab Pippi”;
- 19 noyabr – “Çipollino”;
- 25 noyabr – Kod adı: “V.X.A.”;
- 26 noyabr – “Dəcəl keçi”.