Kukla Teatrında yoxlama aparılır. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddia səbəbindən Mədəniyyət Nazirliyinin Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar apardığı bildirilir.
S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Teatrın direktoru Rəşad Əhmədzadə buna etiraz edib, bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin təklifdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.