Müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti keçirilib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 21 oktyabr tarixində xəbər verir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan konsert Beynəlxalq Muğam Mərkəzində keçirilib. Nazirliyin əməkdaşları, ictimaiyyət və media nümayəndələri də tədbirdə iştirak ediblər.
Bəstəkar Elmir Mirzəyev bir çox müasir musiqi layihələrinin təşkilatçısı, eyni zamanda SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəridir.
O, 1994-2009-cu illərdə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bоlqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukraynа, Moldova, Gürcüсtаn, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksika kimi ölkələrdə keçirilən müxtəlif beynəlxalq festivalların iştirakçısı olub.
[caption id="attachment_75797" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]