Məşhur italyan müğənni və bəstəkar İn-Grid (İngrid Alberini) Bakıya gəlib. Bu haqda məlumatı bu gün, 1 iyul tarixində sosial şəbəkələrdə yayılıb.
Konsertin təşkilatçısı Marat Bəxtiyarov müğənni ilə İçərişəhərdəki restoranlardan birində çəkilmiş şəklini İnstaqram sosial şəbəkəsində paylaşıb.
Müğənninin özü isə hələ ki, sosial şəbəkələrdəki rəsmi səhifələrində Bakıya gəlişi ilə bağlı heç bir yazı yayımlamayıb.