Əməkdar Mədəniyyət işçisi İldırım Kasimov dünyasını dəyişib. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
89 yaşlı mədəniyyət xadimi Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirib, Azərbaycan Dövlət Filarmoniyasında inzibatçı, konsert şöbəsinin müdiri, Mahnı və Rəqs Ansamblının direktoru vəzifələrində çalışmışdır.