Milli Dram Teatr yeni mövsümü “Zəfər yolu” tamaşası ilə açıb. Bu haqda BakuPlus.az teatrın mətbuat xidmətinə istinadən bu gün, 26 sentyabr tarixində xəbər verir.
44 günlük Vətən müharibəsinə həsr olunan səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov yeni mövsümün açılışı münasibətilə teatrsevərləri təbrik edib.
Daha sonra səhnə əsəri təqdim olunub.
Yeni yaradıcılıq işinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.
Tamaşanın premyerasında tanınmış elm və mədəniyyət xadimləri də iştirak ediblər.