Heydər Əliyev Mərkəzinin həyətində 2 avqust tarixində Milli Kino Günü münasibətilə beş yeni film nümayiş etdiriləcək. Bu haqda bu gün, 1 avqust tarixində Report mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə istinadən məlumat verib.
Nümayiş olunacaq filmlərdən üçü “Böyük Qayıdış” müsabiqəsi çərçivəsində çəkilmiş qısametrajlı filmlərdir.
“Azərbaycan kinosu Azərbaycan cəmiyyətinin inkişafında böyük rola malikdir. Kinomuzun inkişafı Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir. Gələn il Azərbaycan kinosunun 125 illiyi, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi olacaq. Bununla bağlı ciddi işlər, planlar nəzərdə tutulub", - deyə Əliyev qeyd edib.